"1 manatlıq" taksilər yığışdırılacaq - TƏDBİRLƏR BAŞLAYIR
11:13 25.05.2021
Arxiv
571
"Yol polisi təhlükəsizliyin təmin edilməsi istiqamətində funksional vəzifəsini yerinə yetirir. "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün təbliğat gücləndirilməlidir. Bu, sadəcə DYP-nin üzərinə düşən iş deyil, digər qurumlar da kompleks tədbirləri həyata keçirməlidir. Məsələni kökündən həll etmək üçün həmin istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq lazımdır".
"Sherg.az" redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. Qanunsuz olaraq fəaliyyət göstərən taksilər və mikroavtobuslardan danışan polkovnik bildirib ki, problemlərin aradan qaldırılması üçün ilkin olaraq təbliğat aparılır:
"20 yanvar" adlandırılan ərazidə və "Koroğlu" metro stansiyasının yaxınlığında "1 manatlıq" taksi kimi tanınan və ya qeyri-qanuni fəaliyyət göstərən taksi sürücüləri arasında təbliğat apardıq. Dəfələrlə onlara müraciət etdik, bildirdik ki, bunların hamısı qanunun pozulmasıdır. Ərazidə polis olanda vətəndaşlar gizlənirlər, polis əməkdaşları uzaqlaşdıqda yenidən üzə çıxırlar.
Bir daha vətəndaşlara müraciət edirəm ki, çalışın BNA-nın təyin etdiyi marşrutlarla hərək edəsiniz. Bu marşrutlar üzrə təyin edilmiş avtobuslara minin, onlar hamısı nəzarətdədir"
V.Əsədov "28 may" metro stansiyasının qarşısında toplaşan mikroavtobuslar, eləcə də dayanan taksilərin digər nəqliyyat vasitələrinin hərəkətinə manəçilik törətmələrindən də danışıb:
"Bakı şəhəri üzrə yol hadisələrinin aşağı düşməsi bunu deməyə əsas verir ki, qeyd olunan istiqamətdə xidmət edən əməkdaşlarımız nəzarəti gücləndirib. Vurğuladığınız məsələ bizə göstərdi ki, gücləndirilmiş iş saatı ilə xidmət etməliyik. Əlaqəli əməkdaşlar da öz qayğısını burada əsirgəməməlidir. Hər işi yol polisinin üzərinə atmağın özü də ədalətsizlikdir".
Xatırladaq ki, ötən gün Xəzər rayonunda ağır yol qəzası baş verib. Nəticədə 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlər alıb. Avtomobilin taksi kimi fəaliyyət göstərdiyi deyilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat