10 ildə 7 dəfə əməliyyat keçirdi: "Xərçəng deyilmişsən” dedilər - FOTOLAR

"Bəzən gecələr 10 illik həyat mübarizəm gözümün qarşısında canlanır. O anda içimdən həkimimə mesaj yazmaq gəlir. Cib telefonuma sarılıb dəfələrlə təşəkkür duyğularımı çatdırıram. Allah ondan razı olsun”
Adanada, 10 il əvvəl "kolon xərçəngi” diaqnozu qoyulan 26 yaşlı Saleh Muradın, 7 dəfə əməliyyat keçirib, 26 kiloya düşəndən sonra xərçəng olmadığı aydın olub.
Çukurova Universitetindən Prof. Dr. Yüksəl Gümürdülünün "Crohn xəstəsi” olduğunu təsbit edərək, bu istiqamətdə müalicə tətbiq etdiyi gənc həyata döndü. 26 kilodan 67 kiloya çıxan Saleh Murad indi "bıçaq” kimidir. Uşaq yaşından xəyalındakıları reallaşdıra bilmədən xəstəxanalarda sürünən Saleh Murad, yaşadığı xərçəng dramı macərasını izah edərkən, duyğulanır.
Saleh Muradın sözlərinə görə, onun acı dolu hekayəsi 2006-cı ildə, hələ 16 yaşı olarkən başlayıb.
Qarınında başlayan ani ağrılarla müraciət etdiyi xəstəxanada "kolon xərçəngi” diaqnozu qoyularaq, onkoloji klinikada müalicə alan Saleh Muradın səhhəti heç cür yaxşılaşa bilmir.
55 kilodan 26 kiloya qədər arıqlayan gəncə, ağrıları keçmədiyinə görə bağırsağında olan bir kilidlənin cırılmağa səbəb olduğu məlumatı verilir. Saleh Murad, bir neçə dəfə əməliyyat keçirsə də heç bir müalicədən müsbət nəticə alınmayıb. Talehsiz gənc, xəstəliyinə əlac tapmaq üçün ailəsi tərəfindən xəstəxanadan - xəstəxanaya gəzdirilib.
Ölkədə bir çox xəstəxanaya müraciət edən, getdiyi hər xəstəxanada "ediləcək bir şey qalmamış, səhəri görə bilməz” deyilən gənc, onkoloji mərkəzlərdə illərlə əziyyət çəkdi, aldığı kimyaterapiyanın ardından saçları töküldü.
"Sümük yığınına çevrildim”
Müalicəsi müddətində sanki sümük yığınına çevrildiyini qeyd edən Saleh Murad, bunları söyləyir:
"7 əməliyyatın 4-ündə appendisit, birində öd kisəmin alındığı yazıldı. 72 saatı keçən ağırlar olurdu. Ağrı başlayanda özümü evin divarlarına çarpırdım. Getdiyimiz həkimlər anama və qohumlarıma hər şeyə hazırlıqlı olmalarını söyləmişlər. Həddindən artıq arıqladığımı görən xəstəxanalar məni ümidsiz hadisə olaraq götürmək istəmirdilər. Artıq ümidim kəsilmişdi. Mən də xəstəxanalara getmək istəmirdim. Anam, xalam və bütün yaxınlarımın məndən gizli, gizli ağladıqlarını bilirdim. Ölümü artıq qəbul etmiş vəziyyətdəydim.”
Son çarə olaraq Çukurova Universiteti Tibb fakültəsi Gastroenteroloji Fundamental elm sahəsi professorlarından Yüksəl Gümürdülünün tövsiyə edildiyini bildirən Saleh Murad, belə davam edir:
"Xalam, son bir dəfə də Yüksəl müəllimimin məni görməsi üçün israr edib. Zorla getdiyim Balcalı xəstəxanasına da əslində ümidim yox idi. Dəyərli professor, əvvəl müayinələrimi araşdırdı və müxtəlif tədqiqlərdən sonra xərçəng olmadığımı söylədi.”
Saleh Murad, Prof. Dr. Gümürdülünün müalicəsinin ikinci ayından etibarən sürətlə yaxşılaşmağa və kökəlməyə başladığını ifadə edərək, belə danışdı:
"10 ildir xərçəng olduğunu bildiyim xəstəliyimin əslində xərçəng deyil, crohn (iltihablı bağırsaq xəstəliyi) və FMF xəstəliyi olduğunu Prof. Dr. Gümürdülüdən öyrəndim. Həkimim məni çox diqqətlə izlədi. Xəstəxanada yataq müalicəsinə başlayan zaman 26 kiloydum. Günbə- gün itirdiyim ümidlərimi, yenə günbə- gün qaytarmağa başladım. Dəyərli müəllimim, hər gün şəxsən özü məni müayinə edir və tibb bacılarına etmələri lazım olanları izah edirdi.”
Səhv diaqnoz üzündən 10 ilinin həyat mübarizəsi verməklə və əməliyyatlarla keçdiyini ifadə edən Saleh Murad, müalicə boyunca bıçaq altına heç yatmadığını və ağrıkəsici istifadə etmədən doğru müalicə üsulları sayəsində bir ildə yaxşılaşdığını söylədi.
Həyatına qaldığı yerdən davam etmək istəyən Saleh Murad, indi xüsusi bir şirkətdə çalışır və ikinci universiteti oxuyur.
Həkimini tez-tez ziyarət edən Saleh Murad, "Canı verən Allah əlbəttə ancaq, həkimim həyatımın xilas olmasına vəsilə oldu. Bəzən gecələr 10 illik həyat mübarizəm gözümün qarşısında canlanır.
O anda içimdən həkimimə mesaj yazmaq gəlir. Cib telefonuma sarılıb dəfələrlə təşəkkür duyğularımı çatdırıram. Allah ondan razı olsun” deyə danışdı.