16 ölkənin gənclər təşkilatları Bakıya toplandı
13:46 30.11.2018
Arxiv
480
Bakıda "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası keçirilir. Sherg.az bildirir ki, ittifaqın bu ilki Üzvlər Şurasının iclası 28 noyabr-3 dekabr 2018-ci il tarixlərində həyata keçiriləcək. İclasın bu gün keçirilən rəsmi açılış mərasimində İttifaqa daxil olan 16 müxtəlif ölkədən (Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Kazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna) gənclər təşkilatları iştirak edir.
Tədbirin məqsəd tarixi İpək Yolu coğrafiyasında mədəniyyətlərarası dialoqun inkişafına şərait yaratmaq, gənclər arasında əlaqələri gücləndirmək və inteqrasiya prosesinə tövhə vermək, İttifaqın beynəlxalq arenada fəaliyyətini təmin etməkdir.
Üzvlər Şurası İclasında İttifaqın hesabatı dinləniləcək, yeni üzv ölkələrin nümayəndlərinin təqdimatı olacaq, eyni zamanda təşkilatın 2019-ci ildə Fəaliyyət Planı, İttifaqın gələcək İş Strategiyası, Beynəlxalq əməkdaşlıq istiqamətində müzakirələr olacaq.
İclasda Gənclər və İdman nazirliyindən Fərhad Hacıyev və Fuad Babayev, Prezident Administrasiyasının Gənclər və İdman Siyasəti şöbəsindən Aydan Kərimli, yerli gənclər təşkilatlarının nümayəndələri və qonaqlar iştirak ediblər.
Qeyd edək ki, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012-ci il 27-29 iyun tarixlərində Bakıda keçirilən "Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresində təsis olunub.
Təşkilata hazırda Avropa, Asiya və Afrika qitələrindən 33 gənclər təşkilatı üzvdür. İttifaqın öncəki Üzvlər Şurasının iclasları fəaliyyət planına uyğun olaraq Bakı, Astana, İstanbul, Budapeşt, Saloniki şəhərlərində keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya