17 yaşlı uşağın gözünün içindən qurd tapılıb - DƏHŞƏT !




Meksikada həkimlər 17 yaşlı bir uşağın gözünün içində hərəkət edən qurd tapıb.

"Sherg.az"ın xarici KİV-ə  istinadən məlumatına görə, adı bildirilməyən uşaq xəstəxanaya gözündə ağrı və görmə zəifliyi şikayəti müraciət edib.  17 yaşlı uşağın gözündəki qurdun hərəkətləri saniyə-saniyə qeyd edilib. Parazit uşağın sağ gözündə iri deşiklər açıb.

Dözülməz ağrıya səbəb olan və gözün tor qişasını dələrək korluğa yol açan parazitin 3 həftə gəncin gözündə qaldığı müəyyən olunub. 

3 millimetrə olan qurd uşağın gözündən çıxarılıb, ancaq onun sağ gözünün görməsi bərpa edilməyib.