18 gündür Rafiq Hüseynov reanimasiyadadır

Xalq artistinin huşu özündədir, səsi çox yavaş çıxdığından həkimlər danışmamağı məsləhət görür



Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovun vəziyyəti stabildir. 

Bu barədə "Şərq” diktorun həyat yoldaşı Səbinə xanımdan məlumat alıb. Səbinə xanım qeyd edib ki, Rafiq müəllim hələ də reanimasiya şöbəsində saxlanılır:

- Artıq 18 gündür ki, Rafiq müəllim reanimasiyadadır. Vəziyyəti stabildir. Huşu özündədir, səsi çox yavaş çıxdığından həkimlər danışmamağı məsləhət görür. Lakin deyilənləri eşidir, qavrayır, yəni, nevroloji heç bir problemi yoxdur. 

Rafiq müəllim bildiyiniz kimi, çox ağır əməliyyat keçirmişdi. Həkimlər bildirir ki, əməliyyat ağır olduğundan bərpa prosesi uzun çəkir. Problem bərpa prosesinin çətin və uzun sürməsindədi. Amma hamımız - həkimlər də, doğmaları da ümidliyik. Çünki Rafiq müəllimin səhhətində irəliləyiş var. Əsas da budur. Rafiq müəllimin reanimasiya şöbəsindən palataya köçürülməsi prosesin gedişatından asılı olacaq.

Məlahət

"Şərq” qəzetinin kollektivi sevimli diktorumuz Rafiq Hüseynova Allahdan şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzulayır.