"18 yaşlı qızı zorlayıb, qətl törətdi..." MƏHKƏMƏDƏ ŞOK İFADƏ
10:59 06.07.2018
Arxiv
489
Xaçmazda söyüş söydüyü üçün dostunu öldürməkdə təqsirləndirilən 1973-cü il təvəllüdlü Ehtiram Hidayətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
İttihama münasibət bildirən təqsirləndirilən şəxs özünü tam təqsirli bilib və sərbəst ifadə verib.
O deyib ki, mərhumla uşaqlıqdan dost, sinif yoldaşı, həm də qonşu olublar: "Evdə problemlər vardı, bir müddət əvvəl Əfqana 700 manat pul vermişdim. Sonra qızım xəstələndi. Mən də getdim Əfqanın yanına və pulumu istədim. Dedi ki, yaxın vaxtlarda verəcək. Bir az sonra isə Əfqan zəng edib, ailəmi, xəstə qızımı çox pis söydü, məni stadionun yanına görüşə çağırdı. Evdən ov tüfəngini götürüb getdim. Mübahisə zəminində onu güllə ilə vurub öldürdüm. Sonra gedib polisə təslim oldum".
Ehtiram Hidayətov dostunu öldürdüyü üçün peşman olduğunu deyib.
Prosesdə öldürülən Əfqan Cəfərovun anası Fatma Cəfərova ifadə verib. Oğlu ölmüş ana deyib ki, E.Hidayətov övladını qız üstündə öldürüb: "Ehtiram 18 yaşında bir qızı zorlayıb, söhbəti bağlamaq üçün Əfqanı öldürüb. Həmin qızın adını deməyəcəyəm. Bu barədə Ehtiramın özündən soruşun. Əfqan ona demişdi ki, qızın qardaşlarına deyəcək . Ehtiram da buna görə oğlumu öldürdü".
Prosesdə Ə.Cəfərovun qardaşı Niyam Cəfərov da dindirilib. O söyləyib ki, E.Hidayətov 18 yaşlı qohumumuzu zorlayıb, qətl törədib: "Biz bunu yas mərasimində bildik. Kənddə bu zorlama hadisəsi barəsində hər kəs danışırdı. İstintaq dövründə də ifadəmizdə bu barədə demişik, lakin zorlama ilə bağlı heç nə yazılmayıb".
Təqsirləndirilən şəxs isə bildirib ki, bu, başqa söhbətdir və hadisə barəsində danışmaq istəmir.
Hakim Cavid Hüseynov isə qeyd edib ki, ittiham aktında zorlama faktı ilə bağlı heç nə yoxdur.
Məhkəmə iyulun 13-də davam edəcək .
Qeyd edək ki , qətl bu il Xaçmazın Çarxı kəndində baş verib. Kənd sakini Ehtiram Hidayətov ov tüfəngindən dostu Əfqan Cəfərova atəş açıb. Yaralı hadisə yerindəcə keçinib. Cinayətdən dərhal sonra E.Hidayətov polisə gələrək günahını etiraf edib.
İstintaq orqanı tərəfindən E.Hidayətovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat