
"2018 iqtisadi sabitlik üzərində müsbət meyllərin inkişafı ilə yadda qaldı" - Ekspert
09:58 04.01.2019
Arxiv
603
"Prezident İlham Əliyevin Yeni il münasibətilə Azərbaycan xalqını təbrik çıxışında yola saldığımız 2018-ci ilin ölkəmiz üçün iqtisadi baxımdan uğurlu il olduğu qeyd edildi. Ölkə başçısı digər sahələrdə və yaxud istiqamətlərdə nələr əldə etmişiksə, məhz buna əsaslandığını nəzərə çatdırdı. Prezident bildirdi ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. "Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil."- deyə o, nəzərə çatdırdı".
Bu barədə "Sherg.az"a iqtisadçı- ekspert Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilə dair müvafiq iqtisadi yekunlar haqda rəqəmlər yaxın günlər açıqlanacaq:

"Lakin ölkə rəhbərinin qeyd etdiyi kimi, ötən il ümumi daxili məhsulun artdığı, qeyri-neft sektorunun inkişaf etdiyi, sənaye istehsalının genişləndiyi, qeyri-neft sənaye sektorunda artımın 9 %-dən çox təşkil etdiyi, həmçinin ixracımız təxminən 40 % civarında çoxaldığı bəllidir. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulduğu da məlumdur. Ümumiyyətlə, 2018-ci il bir il əvvəl təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində müsbət meyllərin inkişaf etməsilə yadda qaldı. Bir çox istiqamətlərdə sabitliyin gələcəkdə möhkəm dayaqlar üzərində köklənməsinə xidmət edən müvafiq dinamika müşahidə edildi ki, bu, olduqca zəruri xarakter daşıyır. Çünki ölkədə həyata keçirilən ümumi iqtisadi kurs məhz bu məqsədə xidmət edir. Başqa sözlə desək, ümumi iqtisadi artımın əvvəlki illərdə olduğu kimi ikirəqəmli olmasa da, birrəqəmli səviyyədə inkişafı müsbət qiymətləndirilməlidir.
Bütün bu qeyd olunanlar baxımdan, dövlət başçımızın Yeni il münasibətilə Azərbaycan xalqını təbrik çıxışında artıq, arxada qalmış və tarixə çevrilən ildə iqtisadiyyatdakı vəziyyət, o cümlədən, buna əsasən, meyllər hamısı çox mükəmməl və həssaslıqla bəyan edildi".
Ekspert onu da əlavə edib ki, ölkəmiz 2015-2016-cı illərdə üzləşdiyi çətinlikləri 2019-cu ildə tamamilə aradan qaldıra bilər:
" 2019-cu ildə ölkəmizin iqtisadiyyatının yaxın keçmişdə, yəni 2015-2016-cı illərdə neftin dünya bazar qiymətlərinin düşməsiylə əlaqədar üzləşdiyi məlum böhrandan tam çıxa bildiyini şərtləndirən tamamilə yeni modelə transformasiya bu il ərzində çox uğurla başa çata bilər. Sadəcə olaraq, bundan ötrü islahatların daha da dərinləşdirilməsi, tədbiq ediləcək yeni vergi dəyişikliklərinin səmərəli nəticə verməsi, qeyri-neft sektorunu lokomotivə çevirmək işləri sürətləndirilməlidir. Ümumiyyətlə, 2019-cu ilin islahatların birinci mərhələsinin uğurlu konkret nəticələrlə dolu bir yekun ili olacağına böyük ümid var".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region