25 yaşlı qız boğulub öldü






Göygöl rayonunda bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, noyabrın 29-u gecə saatlarında 1993-cü il təvəllüdlü Qurbanova Kəmalə İsmayıl qızı yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Göygöl rayon Prokuroruğunda cinayət işi başlanıb, araşdırma aparılır.