3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi açılıb
17:29 09.01.2019
Arxiv
694
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb.
Həmin qurumların mətbuat xidmətlərinin Trend-ə daxil olan birgə məlumatına görə, yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, "Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilib.
İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunub.
Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya