"3 yaşına qədər hər uşağa görə, ailələrə 150 manat..." - Açıqlama





"Bir neçə il əvvəl məsələ qaldırdıq ki, 3 yaşına qədər olan uşaqlara ödənilən vəsait artırılsın”.

Bunu "Sherg.az”a İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, uşağa görə, ödəniş məktəb yaşına çatana qədər davam edə bilər:

"3 yaşına qədər uşaqların xərcləri çox olduğuna görə, ödənilən məbləğin artırılması mümkündür. 3-5 yaşında fərqli, 5-7 yaşında isə daha az məbləğin ödənilməsini təklif edirik. Qiymətləndirmələr göstərir ki, mövcud imkanlar nəzərə alına bilər. 3 yaşına qədər olan hər uşağa görə, ailələrə 150 manatın ödənilməsi mümkündür. Dövlət gəlirləri də buna imkan verir. 

Azərbaycanda təbii artımın dəstəklənməsi, xüsusən azyaşlı övladı olan ailələrin sosial vəziyyətinin normallaşması üçün ödənilən məbləğin artırılması ilə yanaşı diferensial uşaqpulu mexanizminin tətbiq edilməsinə ehtiyac var”.

Aysel Aslan