"31 Mart soyqırımına dair Bakıda böyük memorial kompleks yaradılsın !" - Təklif
13:04 15.03.2018
Arxiv
1219
Taleh Cəfərov:"Yaxşı olar ki, gənclər, şəhər sakinləri gecə vaxtı əllərində şamlarla abidəni ziyarət etsin"
"Bakıda böyük soyqırımı memorial kompleksi yaradılsa, ölkəmizə gələn qonaqlar bu xalqın soyqırımı tarixini daha yaxşı mənimsəyər”.
Bunu "Sherg.az”a 31 Mart soyqırımının 100-cü ildönümü haqqında danışarkən tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov söyləyib.
O, soyqırımının 100 illiyi ilə bağlı axşam saatlarında yürüş təşkil olunmasını təklif edib:
"Soyqırımı abidəsinə sakit yürüş etmək olar. Bizdə adətən belə yürüşlər gündüz edilir. Hamı gülə-gülə yol ilə səpələnir, soyqırımı abidəsinin anıldığı belə duyulmur. Yaxşı olar ki, gənclər, şəhər sakinləri gecə vaxtı əllərində şamlarla abidəni ziyarət etsin.
Həmçinin, soyqırımına məruz qalmış xalqların simpoziumunu təşkil etmək olar. Bu xalqların nümayəndələrinin iştirakı genosid probleminin müzakirəsinin daha effektiv aparılmasına kömək edər.
Ali məktəblər arasında soyqırımı ilə bağlı intellektual yarış təşkil olunsa, gənclərin maariflənməsini təmin edə bilərik”.
Qeyd edək ki, 31 Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, və digər ərazilərdə Bakı Soveti və Daşnaksütun partiyasından olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır.
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə