6 günlük nəvəsini quyuya atan nənə həbs edildi




Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atan nənə həbs olunub.

Sherg.az Report-a istinadən xəbər verir ki, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib. İstintaqın gedişində cinayəti törətməsinə ciddi əsaslar olduğu müəyyən edildiyindən öldürülən 6 günlük körpə Mələk Nuriyevanın nənəsi Atifə Nuriyevaya barəsində dörd ay müddətinə həbs qəti imkan tədbiri seçilib.