9 nəfər koronavirus vaksinləri sayəsində milyarder oldu
15:30 22.05.2021
Arxiv
397
Dünyada doqquz nəfər əczaçılıq şirkətlərinin koronavirus vaksinlərinin istehsalından əldə olunan gəlirləri sayəsində milyarder olub.
“Report” “Forbes”ə istinadən xəbər verir ki, bu barədə “People's Vaccine Alliance” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış məruzədə deyilir.
Məruzəyə əsasən, Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Banselin, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahinin yeni milyarderlər siyahısına başçılıq edirlər. Onların sərvəti indi müvafiq olaraq 4,3 milyard və 4 milyard ABŞ dolları qiymətləndirilir.
Reytinq siyahısında həmçinin “Moderna” Direktorlar Şurasının sədri Nubar Afeyan da daxil olub. Onunla yanaşı, siyahıda Amerika sərmayədarları Timoti Sprinqer və Robert Lanqerin də adları var. Onlar 2010-cu ildə “Moderna” şirkətinin inkişafına 5 milyon və 1,5 milyon ABŞ dolları investisiya ayırıblar. İspaniyanın əczaçılıq şirkəti “Laboratorios Farmacéuticos Rovi”nin Direktorlar Şurasının başçısı Xuan Lopes-Belmonte də vaksin istehsalı sayəsində milyarder olanlardandır. Bundan başqa, pandemiya zamanı Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarder olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm