98,76 faiz nəticə bəllidir: Qadın prezident qələbəsini qeyd edir
05:31 29.11.2018
Arxiv
551
Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir.
İlkin rəsmi məlumatlara əsasən dairələrin böyük əksəriyyətində hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib.
Salome Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.
"Vahid Milli Hərəkat” partiyasının və "Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.
Noyabrın 29-da gecə saatlarında S.Zurabişvilinin tərəfdarları qələbəni paytaxt küçələrində qeyd ediblər. Səhərə yaxın S.Zurabişvili özü də şəhərdə tərəfdarları arasında olub.
Salome Zurabişvili Gürcüstanın ümumxalq səsverməsi ilə seçilən sonuncu prezidenti olacaq. 2024-cü ildə ölkə prezidenti parlamentin deputatları, quberniya və bələdiyyə rəhbərləri tərəfindən seçiləcək.
Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya