"Türkiyə lirənin dəyər itirməsindən sonra ölkədə ciddi iqtisadi problemlərin yaranmasına imkan verməyəcək”
Bunu "Sherg.az”a politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə,Türkiyənin iqtisadi və sosial vəziyyəti düşünüldüyü kimi çətin deyil:
"Sadəcə, Avropa mətbuatı məsələ haqqında çox şişirdirilmiş proqnozlar verir. Türkiyənin iqtisadiyyatı sistemli şəkildə qurulmuş xətt üzrə davam edir. Düzdür, ölkənin milli valyutasının dəyər itirmə prosesi yaşanır. Amma verilən məlumatlarla yaşanan olaylar uyğun gəlmir.

Hazırda Türkiyə, İran, Rusiya birgə səylər göstərməklə ölkənin valyuta bazarlarındakı vəziyyəti stabilləşdirmək üçün ciddi hərəkətə keçiblər. Təbii ki, Ankara qonşu dözlətlərlə birgə bütün məsələlərin həllinin tapılmasına çalışır. Doğrudan da Türkiyədə stabilliyə doğru hərəkət başlayıb.
Təsadüfi deyil ki, Qətər əmrinin qardaş ölkəyə səfəri baş tutdu. Qətər ərazi baxımından kiçik dövlət olsa da, onun böyük iqtisadi imkanları var. Həmçinin İranla Türkiyə arasındakı ticari mübadiləni öz milli valyutaları vasitəsi ilə etmələri haqqında razılığa gəldilər. Bütün bunlar Türkiyədə yaranan vəziyyəti tənzimləmək üçündür. Bundan başqa ABŞ bu sanksiyalarla özünə problemlər yaradacaq”.
Kənan Eynuroğlu