ABŞ-ın bizə qarşı sanksiyasından daha çox Avropa zərər görür - Medvedev
20:51 17.10.2018
Arxiv
820
"Rusiyanın bank sektoruna qarşı tətbiq edilən sanksiya ticarət müharibəsidir".
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Baş naziri Dmitri Medvedev Euronews telekanalına verdiyi müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, Rusiya bu çətinliyi də adlayacaq.
"Heç kəsdə şübhə yaranmasın ki, bizim iqtisadiyyat istənilən çətinliyə, hər bir təzyiqə uyğunlaşaraq inkişaf edir. Sual yarana bilər ki, bütün bunlar nədən ötrüdür? Cavabı isə belədir. Bu sanksiyalar yalnız beynəlxalq iqtisadi qayda-qanunu pozmağa xidmət edir.
Amerikalılar bəyan edir ki, bizə qarşı tətbiq edilən sanksiyalar onların iqtisadiyyatına elə də ciddi təsir göstərmir. Düzdür, ona görə ki, bizim onlarla elə də böyük ticarət dövriyyəmiz yoxdur. Ən çox əziyyət çəkən isə Avropadır, çünki bu ölkələrlə Rusiyanın böyük ticarət dövriyyələri var. Deməli, Rusiyaya qarşı sanksiyalardan təkcə biz yox, avropalılar da əziyyət çəkir. Təbii ki, o ölkələr bundan sonra bizə mənfi təsir göstərirlər, ancaq unudurlar ki o sanksiyaların təşəbbüskarı biz yox, ABŞ-dır.
Nəticədə Qərblə Rusiya arasındakı münasibətlərdə böyük soyuqluq yaranır. Bu narazılığın aradan qaldırılması üçün isə ciddi addımlar atmalıyıq. Sual verilə bilər, Avropanın uduzduğu nədir? Onlar iş yerlərini, qazanclarını və sabaha olan inamlarını itirirlər. Bizim ABŞ-la ticarət dövriyyəmiz 20 milyarddır, Avropa ölkələri ilə isə dəfələrlə çoxdur. Sanksiyalardan sonra Avropa İttifaqı ilə ticarət dövriyyəmiz 430 milyard avrodan 230 milyard avroya enib...", deyə Baş nazir bildirib.
Qeyd edək ki, Dmitri Medvedevin müsahibəsi bütövlüklə oktyabr ayının 18-də Euronews telekanalında yayımlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya