"ABŞ-la Rusiya arasında “söz müharibəsi” çox olub" - Təhdidlər sadəcə ritorikadır
11:24 12.04.2018
Arxiv
978
"ABŞ və Rusiya riskləri nəzərə alaraq, isti müharibəyə getməyəcək”.
Bunu "Sherg.az”a iki supergüc arasında gərginliyin yaranmasından danışarkən politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, tərəflərin bir-birinə ünvanladığı təhdidlər sadəcə ritorikadır:
"Amerika müharibəyə başlamaq istəsəydi, başqa regionda Şimali Koreya ilə başlayardı. Çünki bu dövlətlə müharibə olacağına daha böyük ehtimallar var idi. Amerikanın bu məsələdə maraqları olsa da, müharibə səviyyəsinə gətirəcək məsələ yoxdur”.
Lokal müharibə ehtimallarına gəlincə, politoloq deyib ki, bu əməliyyatları reallaşdırmaq üçün konkret səbəblər və əməllər lazımdır:
"Hələ ki, gərginlik yaradan sadəcə sözlərdir. İki dövlət arasında bu cür ritorikalar, "söz müharibəsi” çox olub. Yəqin ki, bütün hallarda ABŞ bu bölgədə, Suriya münaqişəsində onu dəstəkləyən qüvvələrin az olduğunu nəzərə alacaq. Halbuki Rusiyanı dəstəkləyən ən azından Türkiyə dövləti var”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya raket zərbələri endiriləcəyi barədə anons verib. O özünün sosial şəbəkə hesabında "Rusiya Suriyaya doğru buraxılacaq bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya. Ona görə ki, raketlər gələcək – yaxşı, yeni və "ağıllı” raketlər. Xalqını qazla öldürən və bundan zövq alan bir heyvanla ortaq olmamalısan", - şəklində paylaşım edib.
Rusiyanın bu mesaja cavabı da gecikməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook” hesabında:
"Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır", - deyə Amerikaya cavab ünvanlayıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya