"ABŞ məcburi köçkünlər üçün 115 min dollar sərf edib” - Sekuta




"ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olaraq demək istəyirəm ki, münaqişə tərəflərini bir araya gətirərək bu məsələnin sülh yolu ilə həlli üçün fəaliyyətimizi davam etdiririk”.
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
R. Sekuta bildirib ki, məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşdırılması və ehtiyaclarının qarşılanması qeyd edilən bu fəaliyyətin əsas istiqamətlərindən biri olacaq: "ABŞ səfirliyi Azərbaycan hökuməti ilə birlikdə məcburi köçkünlərə yardım üçün səylərini heç vaxt əsirgəməyəcək. İndiyə qədər ABŞ tərəfindən məcburi köçkünlər üçün nəzərdə tutulan layihələrə 115 min dollar sərf edilib”.