ABŞ paytaxtında fövqəladə vəziyyət rejimi tətbiq olunub





ABŞ paytaxtında "Florens" qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

"Report”un "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton şəhərinin meri Muriel Bouzer sərəncam imzaladığını "Twitter"dəki hesabında bildirib.

O həmçinin qasırğaya qarşı hazırlıqlı olmaq üçün bir sıra məsləhətlər də verib.