ABŞ "Skripal işi"nə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək




ABŞ administrasiyası "Skripal işi" ilə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib.

"Biz sanksiyalarla bağlı qərarları qabaqlamaq istəmirik, lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik", — deyə idarədən bildirilib.

Bundan əvvəl Rusiya "Skripal işi" ilə bağlı Britaniyaya nota verib.