ABŞ və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisləri Bakıya gəlir




ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov sabah Bakıda görüşəcəklər.

APA-nın xəbərinə görə, bu barədə RİA "Novosti" Pentaqonun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı səviyyəsi müzakirə olunacaq.