Afrində bütün kəndlər nəzarətə götürülüb






Türkiyə kütləvi informasiya vasitələrinin məlumatına görə, Suriya ərazisində antiterror əməliyyatı həyata keçirən hərbi birləşmələr Suriyanın Afrin bölgəsində bütün kəndləri nəzarət altına alıb.

Terrorçulardan təmizlənən ərazilərdə çoxlu sayda silah və sursat, o cümlədən qrad raketləri, tank əleyhinə minaatanlar və onların mərmiləri, vertolyotlara qarşı mərmiatan qurğular ələ keçirilib.(azərtac)