Ağcaqanad dərmanlarında zəhərli maddələr var
09:16 03.07.2018
Arxiv
825
Xüsusən körpə uşaq olan otaqlarda belə dərmanları yandırmaq qətiyyən olmaz
Cəlilabad rayonunda 2 yaşlı uşaq faciəvi şəkildə ölüb. Hadisə rayonun Hasılı kəndində baş verib. 2016-ci il təvəllüdlü Bağırov Mirkamil Samir oğlu nəzarətsiz qalaraq evdə olan milçək dərmanını içib.
Məlumata görə, M.Bağırovun babası feldşerdir. Elə ilk tibbi yardımı da o göstərib. Xəstəyə sistem köçürüb. Lakin azyaşlının vəziyyəti pisləşdiyi üçün o, təxminən iki saatdan sonra ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə Reanimasiya şöbəsində göstərilən bütün yardımlara baxmayaraq o, dünyasını dəyişib.
Bu cür xoşagəlməz halların baş verməməsi üçün təbii ki, valideynlərin maksimum dərəcədə diqqətli və məsuliyyətli olması ön plana keçir. Əsas məsələlərdən biri də ilkin yardımın göstərilməsidir. Bəlkə də düzgün formada müdaxilə olunsaydı, körpənin həyatını xilas etmək mümkün olardı. Lakin azyaşlıya ilkin yardım edilməsinə baxmayaraq hadisənin sonu faciə ilə bitib. Demək, xüsusilə valideynlərin belə məqamlara daha həssas yanaşması və ciddi olması çox vacibdir. Əks halda belə neqativ hadisələr yenə təkrarlanacaq.
Həkim-pediatr Vaqif Qarayev də "Şərq”ə açıqlamasında valideynləri diqqətli olmağa səsləyib. Pediatrın sözlərinə görə, ağcaqanad dərmanlarının tərkibində müxtəlif zəhərli və kimyəvi maddələr var:
"2 yaşlı uşağı zəhərləyən dərmanın tərkibində hansı maddələrin olduğunu deyə bilmərəm. Ağcaqanadlar bizim daimi qonaqlarımızdı. Təbii ki, dərmanlardan istifadə eləmək lazımdır, amma birmənalı şəkildə bilməliyik ki, əgər bu dərman hansısa bir canlını öldürürsə, deməli, körpə uşağa da ziyanları olacaq.
Məsələn, ağcaqanad əleyhinə dərman var ki, onlar birdəfəlik istifadə üçün deyil, xüsusi aparatdır və bütün gecəni yanır. Həmin bu aparat vasitəsilə xüsusi bir hava yaranır və ağcaqanad ölür. Lakin bu, düzgün deyil, xüsusən körpə uşaq olan otaqlarda belə dərmanları yandırmaq qətiyyən olmaz”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat