Ağdamda şəhid olan Aqil Omarov mayor olub




Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

"Sherg.az"ın məlumatına görə, şəhidimiz 1983-cü il təvəllüdlü Omarov Aqil Akif oğlu Qax rayonunun Lələpaşa kəndindədir. Eyni zamanda 36 yaşlı şəhid mayor, tabor
komandiri olub.

Qeyd edək ki, 2 övladı olan şəhidimiz Qax rayonunda dəfn ediləcək.