Ağır yol qəzasında xəsarət alanların adları məlum olub



Astara rayonunda ağır yol qəzasına düşən bir ailənin üzvlərinin adları məlum olub.
"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Taxtanakəran kəndi ərazisində qeydə alınıb. 

Lerik rayonu Kaqoy kənd sakini, 1981-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov idarə etdiyi "Niva"markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil dağlıq-meşəlik ərazidə yoldan çıxaraq dərəyə aşıb.

Hadisə zamanı sürücü və bir ailənin dörd üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin ciddi səyinə baxmayaraq, 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı xəsarət alan digər sərnişinlərin - 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun, onun həyat yoldaşı, 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərovanın, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərovanın da vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.