Aİ:"Gürcüstanla münasibətlərimizə kölgə salınıb"
11:53 15.07.2021
Arxiv
569
Avropa İttifaqı (Aİ) Gürcüstanda baş vermiş son hadisələrlə bağlı narahatlıq ifadə edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi və ittifaqa üzv 24 ölkənin səfirliklərinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunub ki, baş verənlər Aİ-Gürcüstan münasibətləri və əsas insan haqlarını müdafiə edən bir ölkə kimi Gürcüstanın imicinə kölgə salıb.
Bəyanatda iyulun 5-də LGBT əleyhdarlarının Tbilisidə keçirdikləri aksiyada ictimai fəallar, jurnalistlərə qarşı zorakılıq və fiziki təzyiqin təəssüf doğurduğu vurğulanıb:
“Zorakılıq yolverilməzdir və ona haqq qazandırıla bilməz. Teleoperator Lekso Laşkaravanın faciəvi vəfatından kədər hissi keçiririk və onun ölüm səbəbi ilə bağlı istintaqın nəticələrini gözləyirik”.
Sənəddə Gürcüstan parlamentinin binası qarşısında Aİ-nin bayrağının təhqir edilməsi həyəcanla qeyd olunub:
“Bu bayraq Aİ və Gürcüstan arasında münasibətlərin qurulduğu fundamental dəyərləri təcəssüm etdirir. Bayrağa edilən iki hücum Gürcüstanın demokratik və Avropayönümlü səylərinə qarşı birbaşa hücumdur”.
Bəyanat Gürcüstanın baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Vaxtanq Qomelauri və ədliyyə naziri Rati Breqadzeyə ünvanlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual