Ondan əvvəl, Brüsseldə NATO sammitində də ortaya atıldı ki, Azərbaycan müharibəyə başlayarsa, bu, yalnız Ermənistana deyil, dünya insan haqlarına qarşı olacaq. Paşinyan Avropa Birliyini də məsələyə diqqət yetirməyə, Avropa dövlətlərini mövqe tutmağa çağırıb. Ermənilər müharibə təhlükəsini real olaraq, hiss edirlər. Ona görə də, Azərbaycanın hərbi əməliyyatlara başlamağına mane olmaq istəyirlər.
Akif Nağı:"Ermənilər müharibə təhlükəsini real olaraq, hiss edirlər" - Düşmən təlaşda
11:42 25.07.2018
Arxiv
993
"Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasında maraqlı deyil”.
Bu barədə "Sherg.az”a Ermənistanın cəbhə xəttində təxribatlar törətməsinin səbəblərini izah edərkən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib.
O diqqətə çatdırıb ki, düşmən tərəfi danışıqlar masasına oturduqda güzəştlərə getməli olacağını və işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq təklifi ilə qarşı-qarşıya qalacağını bilir:
"Cəbhə xəttində itkilər verən Ermənistan əsgərlərinin öldürüldüyünü iddia etmək üçün əsas axtarır. Beynəlxalq təşkilatlar qarşısında düşmənin bəhanələri, böhtanları çoxdur. Erməni rəsmiləri xarici ölkələrə səfər edəndə ən çox Azərbaycanın müharibəyə hazırlaşmağından, bu yolu daha çox gündəmə gətirdiyindən danışırlar. Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinə müraciət etdi və rəsmi Moskvanı Azərbaycanın qarşısına çəkdi.
Ondan əvvəl, Brüsseldə NATO sammitində də ortaya atıldı ki, Azərbaycan müharibəyə başlayarsa, bu, yalnız Ermənistana deyil, dünya insan haqlarına qarşı olacaq. Paşinyan Avropa Birliyini də məsələyə diqqət yetirməyə, Avropa dövlətlərini mövqe tutmağa çağırıb. Ermənilər müharibə təhlükəsini real olaraq, hiss edirlər. Ona görə də, Azərbaycanın hərbi əməliyyatlara başlamağına mane olmaq istəyirlər.Cəbhə bölgəsində də təxribatı törətməklə, beynəlxalq ictimai rəyi öz xeyirlərinə çevirməyə çalışırlar. Erməni əsgərlərinin məhv edildiyini qabardırlar, amma törətdikləri təxribatları öz adlarına çıxmırlar. Beynəlxalq təşkilatlar və dünya birliyi isə ermənilərdən soruşmur ki, sizin əsgərləriniz niyə Azərbaycan torpaqlarıdadır? İddia edirlər ki, Ermənistan vətəndaşlarının orada xidmət keçdiyi ilə bağlı fakt yoxdur. Halbuki bu nümunələri ermənilər özləri mətbuatda, beynəlxalq ictimaiyyət qarşısında çəkirlər”.
Ermənistan vətəndaşlarının hərbi xidmətə çağırışla işğal olunmuş torpaqlarımıza göndərildiyini vurğulayan A. Nağı erməni analarının övladlarını Qarabağa göndərmək istəmədiyini də söyləyib:
"Ermənistana yönləndirilən – "Ermənistan vətəndaşları niyə Azərbaycan torpaqlarında döyüşürlər” sualı bütün sərtliyi ilə yenidən qabardılmalıdır. Ermənistan tərəfinin Azərbaycan torpaqlarında hərbi qüvvələr yerləşdirməsi müzakirə olunmalı, düşmənə layiqli cavab verilməlidir. Xüsusilə, rəsmi İrəvanın qəsdən təxribatlar törətməsinə, erməni əsgərinin öldürülməsini qabardaraq, diqqəti əsas məsələdən yayındırmasına imkan verməməliyik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm