Alişan qardaşının ölümündən yazdı:"Başlayacam, amma..."

Türkiyəli ulduz  Alişanın qardaşı Səlçuq Təkdaş ötən həftə koronadan vəfat edib. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Qardaşının ölümü ilə sarsılan müğənni İnstaqram hesabında mərhumdan yazıb.
“Sherg.az” xəbər verir ki, o, bunları söyləyib:
“Vəfatından 7 gün keçdi. Sən qəlbimdə bir ömür yaşayacaqsan, qardaşım. Ruhuna dualar oxumaqda davam edirlər. Əminəm ki, Allahım səni ən gözəl yerdə qonaq edir.  Biz səni heç bitməyən bir həsrətlə və dualarla daim xatırlayacağıq. Yaddaşımda təbbəssümünlə qalacaqsan.  Tanrı məkanını cənnət etsin. Səni çox sevirəm, qardaşım.  Bir yerdən başlayacam, amma nə vaxt və necə  davam edəcəyimi bilmirəm. Hamımız yenidən sən sağ imişsən kimi həyata davam edəcəyik. Heç getməmişsən kimi”.