Almaniyada sələfi təriqətinə məxsus olan uşaqlarla xüsusi iş aparılır
12:40 23.10.2018
Arxiv
699
Almaniyanın digər regionlarına nisbətən Şimali Reyn - Vestfaliyada radikal sələfi təriqətinə məxsus olanlar daha çoxdurlar. Alman mətbuatının yazdığına görə, radikal ideologiya bu insanların düşüncələrində o dərəcədə kök salıb ki, onlar "İslam Dövləti” terror təşkilatı uğrunda Yaxın Şərqə döyüşə yollanmağa da hazırdırlar.
AZƏRTAC xəbər verir ki, yerli KİV-lərin iddialarına görə, Almaniyada 1000 cihadçıdan 300-ü Şimali Reyn-Vestfaliyada yaşayır və son illər bu ölkədə radikal "islamçıların” törətdikləri bütün terror aktlarında sələfilərin təsiri altında olan insanlar iştirak ediblər. Bunlardan biri 2017-ci ilin dekabrında Berlində Milad bazarına hücum edən Anis Amri idi. Bu terror aktı nəticəsində 12 nəfər həlak olmuşdu.
"Əlbəttə, hər sələfi avtomatik olaraq terrorçu deyil, lakin hər terrorçu (Red. - Almaniyada) sələfi idi”. Bu sözləri əsas dayaq mərkəzi Reyn-Vestfaliyada olan sələfi radikallarla işləyən ən müxtəlif adamlar – Bonn şəhər Administrasiyası nəzdində konstitusiya mühafizəsi idarəsinin əməkdaşları, radikalizm əleyhinə mərkəzin və inteqrasiya şöbəsinin məsləhətçiləri dilə gətirirlər.
Sələfilərin arasında mədəniyyətləri inkar edən mürtəce mövqeyi ilə seçilən və İslam dininin sərt təfsiri əsasında öz şəxsi həyatını quran dindarlar var. Lakin bu cərəyanın tərəfdarlarının əksər hissəsi fundamental teokratik dövlətin yaranmasını arzulayan siyasi mövqedən çıxış edir. Onlar dünyəvi qanunları, o cümlədən Almaniya Konstitusiyasını qəbul etmirlər.
Sonuncuların arasında öz məqsədlərinə zorakı vasitələrlə çatmağa hazır olanlar da var. Konstitusiyanın mühafizəsi üzrə əyalət idarəsinin hesablamalarına görə, Şimali Reyn-Vestfaliyada 3 minə yaxın sələfidən 800-ü zorakılığa meyillidir. Sələfi qadınlar onların təxminən 12 faizini təşkil edir, Suriya və İraqa gedən zərif cinsin nümayəndələrinin sayı isə 28 faizdir.
Bu səbəbdən xüsusi xidmət orqanları sələfi qadınlara və onların uşaqlarına, xüsusən "İslam Dövləti” terror təşkilatının nəzarətində olan regionlardan Almaniyaya qayıdanlara daha çox diqqət ayırır. Artıq bu cür uşaqlar Bonn məktəblərində və bağçalarında yerləşdirilib.
Şəhər administrasiyasının inteqrasiya məsələləri üzrə müvəkkilləri "xəlifət”dən qayıdanlar və onların uşaqları ilə iş aparırlar. Onların sözlərinə görə, həddi-buluğa çatmayanların müdafiəsi üçün bütün hallarda yerli hakimiyyət orqanı, həmçinin uşaq bağçaları və məktəblərdəki tərbiyəçi və müəllimlər tərəfindən bu uşaqlara xüsusi diqqət ayrılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə