Almazbek Atambayev ölkədən qaçmağa hazırlaşır
Siyasi müşahidəçilərin fikrincə, bu gün Qırğızıstanda keçirilən prezident seçkilərinin nəticəsində prezidentliyə namizəd Omurbek Babanovun qalib gələcəyi təqdirdə səlahiyyət müddəti başa çatmış Almazbek Atambayev ölkədən qaçacaq. Analitiklər belə hesab edirlər ki, artıq A.Atambayev və onun ailəsinə məxsus olan var-dövlətin və pulların gizli yollarla artıq ölkədən çıxarılmasına başlanılıb. Hətta belə iddia olunur ki, Atambayev artıq bir sıra ölkələrdən özünə siyasi sığınacaq axtarır.
Yerli siyasi ekspetlərin sözlərinə görə, prezident A.Atambayevi belə qorxuya salan onun ölkəyə rəhbərlik etdiyi dövrdə Qırğızıstanı belə acınacaqlı vəziyyətə salmasıdır. Digər tərəfdən isə prezidentliyə namizəd Omurbek Babanov seçki kampaniyası ərzində seçkiciləri ilə görüşlərdə seçkilərdə qalib gələcəyi təqdirdə hazırkı prezident Almazbek Atambayevin Qırğızıstan prezidenti kimi bütün fəaliyyətini ciddi şəkildə təftiş etdirəcəyini vəd edib.
O, həmçinin, Atambayevin hakimiyyətdə yuxarı başa çəkdiyi bütün qohumlarının, dost və yaxınlarının da «qara işləri»ni aydınlaşdıracağını bildirib. O, Babanov daha da irəli gedərək, Atambayevin oğul və qızlarının, eləcə də digər yaxın qohumlarının adlarına rəsmiləşdirilmiş milyard dollarlarla ölçülən qızıl yataqlarının, elektrik stansiyalarının, çoxsaylı şirkətlərin onların əllərindən alınmasına dair iddia qaldıracağını qeyd edib. Bunlarla kifayənlənməyən siyasətçi, hətta ölkənin birinci xanımanın da fəaliyyətini təftiş etdirəcəyini vurğulayıb.
Analitiklər belə hesab edirdilər ki, A.Atambayevin Qırğızıstanda prezidentlik etdiyi dövr ölkədə yalnız kriminal rejimin, eləcə də dini cərəyanların çiçəklənməsinə səbəb olub. Ölkə prezidenti kimi o, heç bir fəaliyyət göstərə bilməyib, işi yalnız özünə varidat toplamaqdan və yaxın qohumlarına fabrik və zovadlar hədiyyə etməkdən ibarət olub. Eləcə də, şəxsi biznesini ölkəboyu genişləndirib., müxtəlif xarici şirkələtlə biznes sövdələşmələrində iştirak edərək, xeyli qazanc götürə bilib. Yerli iqtisadçı ekspertlərin iddiasına görə, «Dordoy» korparasiyası ilə əldə olunan razılaşmaya əsasən, hər ay Atambayevlər ailəsinə, daha doğrusu, birinci xanıma sanballı miqdarda «bəxşiş»lər verilib. Bundan əlavə, ölkənin iri dövlət müəssisələrinin xarici şirkətlərə «qəpik-quruş»a satılmasından birinci şəxsə iri məbləğlərdə «şapka»lar verilib.
Ekspertlərin sözlərinə görə, Qırğızıstan iqtisadi göstəricilərinə görə, dünya reytinq sıralamasında sonuncu yerlərdə qərarlaşmasının bir səbəbi də ölkənin bütün iqtisadi potensialının hakim ailənin, eləcə də onların dost-tanışlarının mənafeyinə xidmət etməsidir. Digər tərəfdən isə, iddiaya görə , A.Atambayev, bir qayda olaraq həmin vəsaitləri heç vaxt ölkə daxilində yatırmayıb, Əksinə, prezident seçildikdən bu günədək, əldə etdiyi bütün maliyyə vəsaitlərini ölkədən kənara çıxarmağa çalışıb. Yerli analitiklərin fikrincə, A.Atambayev yerli və xarici biznesmenlərə himayəçilik etməsindən əldə etdiyi vəsaitləri bir qayda olaraq Türkiyədə daşınmaz əmlak sektoruna yatırıb. Əbəs yerə deyil ki, o , öz çıxışlarında dəfələrlə vurğulayıb ki, «qocalıq illərini Türkiyədə keçirməyi arzulayır». Hətta prezidentin kiçik qızı da müsahibələrinin birində atasının arzusunun ona İzmirdə qalereya açmaq olduğunu bildirib. İqtisadçı ekspertlər belə qənaətdədirlər ki, bunlar prezident ailəsinin arzuları deyil , artıq reallıqdır. A,Atambayevin Aralıq dənizi sahilində dəbdəbəli villaları, İzmir şəhərində isə qızının əl işlərinin sərgiləndiyi möhtəşəm qalereya artıq reallıqdır. Belə iddia olunur ki, Atambayevin Türkiyədə sahib olduğu villalar ona türk iş adamlarından hədiyyə olunub. Qarşılığında isə o, türk iş adamlarına Qırğızıstanda «münbit» biznes mühiti yaradıb.
Xəbərlərdə belə qeyd olunur ki, hətta Atambayevin çoxsaylı qohumlarının belə Türkiyə, İspaniya, Böyük Britaniyada bir neçə mülkləri vardır ki, həmin daşınmaz əmlaklar prezidentin qohumlarına təmannasız olaraq «hədiyyə» olunublar. Doğrudur, bütün bunlara onlar son bir neçə sahibləniblər. Bu, həmin vaxtlar idi ki, Atambayev öz hakimiyyətinin zirvəsində idi. Və bütün sahib olduqlarına görə, günlərin birində hesab verməli olduğunu ağlının ucundan belə keçirmirdi.
Amma prezident seçkiləri yaxınlaşdıqca , belə bəlli oldu ki, A,Atambayev iknci dəfə ölkə rəhbəri olmaq şansına malik deyil. Odur ki, tez hərəkətə keçərək malik ollduğu kapitalı ölkədən çıxarmağa başladı. Belə iddia olunur ki, Atambayevin kapitalları bir sıra ölkələrin banklarına köçürülüb. İndi qalırdı əsas məsələ-həmin kapitalın toxunulmazlığını necə təmin etməli? Odur ki, Atambayev prezident seçkilərində özünə arxa-dayaq tapmaq qərarına gəlir və sabiq baş nazir Sooranbay Jeenbekovun namizədliyini dəstəkləmək qərarına gəlir. Əslində Jeenbekov da hakim ailəyə yaxınlfığı ilə seçilir. Onun qardaşı uzun illər bir sıra ərəb ölkələrində -Qatar, Küveyt, Səudiyyə Ərəbistanı və Misirdə Qırğızıstanın diplomatik nümayəndəliyində çalışıb. Atambayevin vaxtında isə o eyni zamanda İordaniyada da səfir vəzifəsini icra etməyə göndərilib. Beləliklə, indi Atambayev malik olduğu varidatını qorumaqdan ötrü S.Jeenbekovun namizədliyini dəstəkləməyə məsbur qalıb.
Yerli iqtisadçı ekspertlərin sözlərinə görə, hazırda Atambekovun varidatının həcmi milyardlarla ölçülür. Həmin vəsaitlərin Qırğızıstandan çıxarılaraq Avropa ölkələrinin banklarına yerləşdirilməsinə isə Jusupbek Şaripov vasitəçilik edib. Belə iddia olunu ki, prezidentin ölkədən çıxardığı sonuncu pul vəsaitin həcmi 350 milyon ABŞ dolları təşkil edib. Amma əsas məsələ vəsaitləri ölkədən çıxarmaqda deyil, ondan istifadə etmək və təhlükəsizliyni təmin etmək də vacib məsələdir.
Siyasi analitiklər belə hesab edirlər ki, bu məsələdə A.Atambayev Moskva ilə dostluq əlaqələrinə çox da bel bağlanya bilmir. Belə ki, onun son zamanlar Çin ilə bağladığı bir neçə layihəyə dair müqavilələr Moskvanın «xoşuna » gəliməyib. Odur ki, Rusiya belə çətin bir durumda Atambayevə yardım əlini uzatmaya da bilər. Bundan əlavə, o sabiq prezident Askar Akayevə siyasi sığınacaq verilməsi ilə bağlı dəfələrlə Moskvanın ünvanına tənqidlər yağdırıb. Digər tərəfdən isə yaxın qonşusu olan Qazaxıstanda ümid bsləməyə dəyməz. Belə ki, bir neçə gün əvvəl A.Atambayevin guya «ölkəsinin daxili işlərinə qarışmaq cəhdləri» ilə bağlı Astanının ünvanına səsləndirdiyi tənqidi fikirlər qonşu ölkədə ciddi narazılığa səbəb oldu. Qazaxıstanın XİN-yi hətta qonşu dövlətə nota belə göndərib. Belə iddia olunur ki, Atambayev Qazaxıstana son səfəri zamanı sözügedən məsələ ilə bağlı ölkə rəhbərliyi ilə danışıqlar aparsa da, bir nəticə hasil olmayıb. Odur ki, Atambayev də bunun əvəzini Nazarbayevdən belə kəskin ifadələr söyləməklə çıxıb.
Amma, deyəsən onun bu məsələdə Taşkəndlə danışıqları alınıb. Siyasi şərhçilər belə iddia edirlər ki, oktyabrın əvvələrində A.Atambayev Özbəkistana rəsmi səfərə gəlib və prezident Ş.Mİrzoyev ilə görüşdə hətta ölkələr arasında dostluq, mehriban qonşuluq və qarşılıqlı etimadı özündə əks etdirən Strateji Tərəfdaşlıq haqqında Memarandum imzalanıb. Siyasi analitiklərin fikrincə , Atambayev görüş zamanı qonşusundan lazım gəldikdə kömək göstərilməsini xahiş də edib. Belə iddia olunur ki, burada söhbət təkcə sərbəst şəkildə ölkəyə gəlməkdən getmir, həm də , Qırğızıstanda ona qarşı məhkəmə araşdırılmaları başladılan zaman Atambayevin ailə üzvlrinə və onun yaxın qohumlarına Daşkənd tərəfindən siyasi sığınacağın verilməsindən gedir.
Ekspertlərin sözlərinə görə, Özbəkistan qırğız liderinə heç də ona görə yaxın deyil ki, onlar bir-birlərini anlaya biliblər. Əksinə, belə iddia olunur ki, Qırğızıstanın hazırkı prezidenti məhz Özbəkistanda anadan olub. Və son illərə nəzər saldıqda onun bir neçə dəfə müxtəlif beynəlxalq təşkilatlarda Özbəkistanın iqtisadi maraqları üçün lobbiçilik etməsinin şahidi oluruq. Yəqin ki, bu da əbəs yerə edilməyib.
Belə iddia olunur ki, son bir həftədə A.Atambayevin nəinki ailəsi, yaxınları, hətta bütün qohumları belə lazımi əşalarını toplayaraq, istənilən anda ölkəni tərk etmək qərarını özləməkdədirlər. A.Atambayevin ölkədə yaşayan uşaqları seçkidən dərhal sonra ölkəni tərk etməyə hazırlaşırlar. Verilən məlumatlarda onların bəzilərinin Rusiyaya, digərlərinin isə Avropaya üz tutacaqları ehtimal olunur. Atambayevin özü isə həyat yoldaşı ilə yeni prezidentin inaqurasiya mərasimini gözləməli olacaqlar.
Ekspertlər belə hesab edirlər ki, Qırğızıstan lideri A.Atambayev özü üçün məhz belə bir sonluğu öz əlləri ilə yazmış olub. Hakimiyyətdə olduğu illərdə xalqın yanında olsa idi, xalqa arxalansa idi, indii ölkədən qaçmaq haqda fikirləşməli olmazdı. O isə xalqından oğurladığı vəsaitləri xarici ölkələrə daşımağa üstünlük verdi. Odur ki,elə xalqının da qəzəbinə tuş gəldi. Bununla da qalan ömrünü xalqından ayrı keçirməyə məhkum oldu….