"Amerika Suriyadan heç vaxt tamamilə çıxmayacaq"
08:02 08.01.2019
Arxiv
542
"Əksinə, ABŞ öz mövqelərini daha da gücləndirəcək"
ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə açıqlama verib. Tramp bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib: "Əsgərlərimiz Suriyadan çıxarılacaq. Amma mən heç vaxt belə söz deməmişəm ki, bu, tezliklə olacaq”. Məlumat üçün deyək ki, Trampın Amerika qoşunlarına Suriya ərazisindən tam çıxmaq üçün 4 ay vaxt verdiyi barədə KİV-lərdə xəbərlər yayılmışdı. Lakin Ağ Ev rəhbəri Amerika qoşunlarının Suriyadan tam çıxarılması barədə qərarına baxmayaraq, hərbçilərin bir hissəsinin qeyri-müəyyən müddətə qədər bölgədə qalacağını deyib.
Trampın mühüm qərarını təkzib etməsini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, təəccüblü qarşılanan qərar Trampın administrasiyasında olan istefalarla bağlıdır:
"Görünür, Pentaqon, Dövlət Departamenti Trampı bu qərarından çəkindirməyə çalışır. Ağ Ev rəhbəri Suriya ilə bağlı qərarı müstəqil verib və kollegiya ilə məshətləşməyib. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton da qoşunları çıxarmayacaqlarını, xüsusən Türkiyədən təminat almadıqca bunu etməyəcəklərini vurğulayıb. Göründüyü kimi, YPG terror təşkilatının Türkiyə tərəfindən hədəf seçilməsi Vaşinqtonu narahat edir.
Baş verən proseslər fonunda deyə bilərik ki, Amerika Suriyadan heç vaxt tamamilə çıxmayacaq. Əksinə, ABŞ öz mövqelərini daha da gücləndirəcək”.
Siyasi şərhçinin sözlərinə görə, Amerika İraqda öz hərbi gücünü artırmaqla Suriyaya fəal müdaxilə edəcək:
"Vaşinqton hazırda strateji yerdəyişmə edir. Amerikanın Suriya siyasəti pioritet təşkil edir. Ona görə də çalışacaq ki, Türkiyə ilə ortaq mövqeyə gəlsinlər. Lakin Vaşinqton YPG-yə dəstəyini davam etdirərsə, Türkiyə ilə yaxınlaşma siyasəti baş tutmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya