Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə Karlovun adı verilib




Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı.
"Anadolu” xəbər verir ki, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.