"Anti-Azərbaycan mərkəzlər "sapı özümüzdən olan baltalar"dan istifadə edir"
12:21 07.01.2019
Arxiv
587
"İndi 1990-cı illərin əvvəli deyil ki, hay-küylə, küçə əqidəsi ilə hakimiyyətə qarşı nəysə edə biləsən. Azərbaycan hüquqi-demokartik dövlətdir. Ölkəmizdə bütün proseslər hüquqla, qanunla tənzimlənir. Sənətindən, peşəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq , kimsə qanunu pozubsa, o adam mütləq qanun qarşıısnda cavab verir. Bu məsələlər hay-küylə, şər-böhtanla, təziqlə yox, qanunla tənzimlənir. Mehman Hüseynov da Azərbaycanın qanunlarını pozduğuna görə, həbs olunub".
Bunu "Sherg.az" M.Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarlarının apardığı qarayaxma kampaniyasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.
Parlament üzvünün sözlərinə görə, M.Hüseynov olayı ilə bağlı qarayaxma xarakterli yazı yazan "Vaşinqton Post" qəzetinin ölkəmizə qarşı "qara-piar" kampaniyası həmişə olub, bu gün də davam edir:
"Bu, sadəcə qərəzdir. Adıçəkilən qəzet ABŞ-la Meksikanın arasına çəkilən divardan,i l ərzində Latın Amerikası vətəndaşlarının başına gətirdiklərindən, Suriyada öldürdükləri minlərlə günahsız insanlardan, İraqı dağıtmalarından , Əfqanistanda törətdikləri qanlı vəhşilikdən yazsın. Bu qəzetin yazmalı olduğu çox şey var, amma nədənsə həmişə Azərbaycanı hədəf alır. Belə xırda-para məqamlardan istifadə edib, ölkəmizə təzyiq göstərmək istəyirlər. Təəssüf hissi ilə demək istəyirəm ki, anti-Azərbaycan mərkəzlər "sapı özümüzdən olan baltalar"dan istifadə edirlər.
Çünki bu baltaları onlar maliyyələşdirir, onlar təlimatlandırır. Tək Amerika deyil, digər Avropa ölkələri də buna qoşulub. Ədliyyə Nazirliyi hay-küyçülərin dediklərini, təkzib edib. Mehmanın səhhətinin normal olduğunu açıqlayır. Amma bu hay-küyçülər yenə də öz "işlərini" davam etdirirlər.Uzun illərdən bəri olduğu kimi, bu da növbəti şər-böhtan kampaniyasıdır. Bu da yaxın günlərdə iflasa uğrayacaq. Azərbaycan isə özünün beynəxalq aləmdəki nüfuzunu bundan sonra da yüksəldəcək. Belə şər-şəbədə ilə Azərbaycanın imicinə zərbə vura bilməzlər".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm