Aparıcı anasının ölümündən danışdı

“Onun həkimə getməsinə imkan verdiyim üçün özümü bağışlaya bilmirəm”
“Mən düşündüm ki, ürəyi narahat qalmasın, müayinəyə getsin, amma əməliyyatı başqa həkimlə danışmışdıq”


Aparıcı Lətafət Ələkbərova dünyasını dəyişən anasının ölümündə həkimləri günahlandırıb.
O, anasının hepatit B-dən əziyyət çəkdiyini, həkimlərin buna əhəmiyyət vermədən onu əməliyyat
etdiyini söyləyib: "Başqa bir həkimlə danışmışdım, anamı noyabrın 22-də əməliyyat edəcəkdilər.
Gözündə mirvari suyu var idi. Analizində hepatit B çıxmışdı, həkim də demişdi ki, əvvəlcə
müalicə olunmalıdır. Məndən xəbərsiz qardaşım və gəlinimizlə gedib həkimə, hepatit B ola-ola
onu dərhal əməliyyata salıblar. Pul xatirinə anama əziyyət veriblər, onu həkimlər öldürdü.
Qardaşım, gəlinimiz bilməyiblər”.

Aparıcı "Şərq”ə açıqlamasında "Anamla münasibətimiz tam fərqli idi. Mən onu gözümdən
kənara qoymurdum. Heç vaxt da mənsiz həkimə getməzdi. Yaxın günlərdə hərbi hospitalda
yaxşı həkimlərdən biri ilə danışmışdım ki, anamın gözünü əməliyyat etdirim. Amma anam mənə
demədən, məsləhətsiz qardaşı ilə onu əməliyyat edən həkimin yanına gedib. Mən bilmirdim ki,
əməliyyata gedəcək. Dedi ki, qardaşının həkiminin yanına müayinəyə gedir. Mən də düşündüm
ki, ürəyi narahat qalmasın, müayinəyə getsin, amma əməliyyatı başqa həkimlə danışmışdıq.
Müayinədən birbaşa əməliyyata salıblar. 

Əməliyyatdan çıxıb təxminən 5-10 dəqiqə sonra halı pisləşib, dodağı göyərib, gözlərini yumub. Əməliyyat edən həkim deyir ki, ilk dəfədi onun əməliyyatında dünyasını dəyişən olub. Özüm də araşdırdım, deyirlər yaxşı həkimdi. Amma hepatiti olan xəstəni tam müayinə etmədən necə əməliyyata sala biliblər, onu bilmirəm. Hələ də şokdayam. Anam həyata bir az aydın baxa bilsin deyə əməliyyata getdi, bir ömür gözlərini həyata yumdu. Məni yandıran odu ki, anam həkimlərin məsuliyyətsizliyinin qurbanı oldu.

Xalalarım deyir ki, ananın ruhunu narahat etmə. Özüm də istəmirəm anamın ruhunu incidim.
İstəməzdim anamın qəbri açılsın, nəşi üzərində ekspert aparılsın. Amma həkimlərin səhvinə görə
Azərbaycanda nə qədər insan ölməlidir? Anama həkimə tək getməsinə imkan verdiyim üçün
özümü bağışlaya bilmirəm. Anamın 63 yaşı var idi, sağlam adam idi”.

Tahirə