Aqiyə Naxçıvanlı: "ATƏT DTİHB-nin hesabatı uydurmadı" - Əvvəlcədən hazırlanıb
13:33 13.04.2018
Arxiv
3331
"ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı hesabatı uydurmadı. Çünki bu sənəd heç bir tutarlı fakta söykənmir"
Bu sözləri "Sherg.az"a millət vəkili Aqiyə Naxçıvanlı deyib.
Onun qənaətincə, bu hesabat əvvəlcədən hazırlanıb: "
Bu da ondan xəbər verir ki, bizim bəzi sapı özümüzdən olan baltalarımız özlərinin məkirli niyyətlərini həyata keçirmək üçün "düşmən dəyirmanına su tökürlər". Mən həm əvvəlki, həm də 11 aprel seçkilərində müşahidəçi qismində iştirak etmişəm. Səsvermə prosesi tam şəffaf və demokratik keçib. Bu dəfəkiseçkini əvvəlkilərdən fərqləndirən cəhət o idi ki, bu dəfə seçicilərin sayında ciddi artım müşahidə olunurdu. Bütün seçki məntəqlərində növbələr yaranmışdı. Böyük seçici izdihamı yaşanırdı. Əsas olan xalq və onun iradəsidir. Xalq da iradəsini ortaya qoydu. İnsanlar öz hüquqlarından istifadə edərək Azərbaycanın gələcəyini, gələcək inkişafını təmin etdilər. İlham Əliyevi böyük səs çoxluğu ilə yenidən Prezident seçdilər. Prezidentimizin təbliğatını aparmağa heç ehtiyac yox idi. Çünki xalq hər şeyi görür və bilir. Tərəqqi göz önündədir.
Ölkədə əhalinin su, qaz, işıq təminatının yüksək səviyyədə təchiz olunması, yeni məktəb və bağçaların inşa olunması, yolların yenidən qurulması, paytaxt və regionlarda aparılan abadlıq-quruculuq işləri göz önündədir. Hər bir Azərbaycan vətəndaşı bu inkişafı, çiçəklənməni öz həyatında, dolanışığında hiss edir. Bütün mütərəqqi proseslər xalqın gözü önündə cərayan edir. Dünya isə Azərbaycanın sürətli inkişafını həzm edə bilmir. Onların uydurma hesabatları Azərbaycanda heç nəyi dəyişə bilməz.
Bu seçim Azərbaycan xalqının iradəsidir. Həmin beynəlxalq təsisatlar bu seçimə hörmətlə yanaşmalıdırlar. Xalqımız inkişaf və sabitliyə səs verib. Onların məkirli və qərəzli hesabatları reallığı dəyişə bilməz. Reallığı dəyişmək üçün ortada real əsaslar olmalıdır. O əsaslar da yoxdur, ona görə ki, seçkilərin şəffaflığı buna imkan vermir. Bütün hallarda xalqımız liderini seçdi. Ölkə başçısının qələbəsini böyük təntənə ilə qeyd etdik. Bütün Azərbaycan vətəndaşlarını və cənab Prezidenti təbrik edirəm. Bu inkişaf yolunda ölkə başçısına uğurlar arzulayıram".
Qeyd edək ki, bu il aprel ayının 11-də Azərbaycanda tam demokratik və şəffaf mühitdə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı sərbəst şəkildə səsvermə prosesində iştirak edərək böyük iradə nümayiş etdirib. Nəticədə dövlət başçısı İlham Əliyev 86, 03 faiz səs toplayaraq Prezident seçilib. Lakin ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyası bu seçkilərlə bağlı qərəzli hesabatla çıxış edib və bu hesabat Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət