Ataların prenatal qayğıya cəlb olunması mövzusunda təlimlər başa çatıb
07:56 27.05.2021
Arxiv
591
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və “Gənc Psixoloqlar” İctimai Birliyi (GPİB) ataların prenatal qayğı sahəsində rolunu artırmaq məqsədilə səhiyyə işçiləri üçün təlimlər təşkil edib.
13-24 mart tarixlərində keçirilən təlimlərdə Azərbaycanın üç bölgəsindən – Abşeron, Ağcabədi və Gəncədən olan həkimlər iştirak edib. Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində baş tutub.
Hər bölgədə iki gün davam edən təlimlərə ümumilikdə 30 həkim qatılıb. Təlimlər proqram çərçivəsində hazırlanmış “Səhiyyə mütəxəssisləri üçün Təlim Paketi” əsasında təşkil olunub. Təlimlər hər modulda bir neçə sessiya olmaqla üç moduldan ibarət olub. Modullar gender və sağlamlıq, kişilərin prenatal qayğıya cəlb edilməsinə dair dəlillər və təcrübələr, siyasi iradə və institusional dəyişiklik mövzularını əhatə edib.
İctimai səhiyyə mütəxəssisləri tərəfindən interaktiv şəkildə tədris olunan təlimlərdə həkimlər müxtəlif qrup işləri və rol oyunları vasitəsilə aktiv fəaliyyətə cəlb olunublar. Həmçinin iştirakçılar üçün xəstəxana gəzintisi təşkil olunaraq müvafiq şöbələrin ataların prenatal qayğıya cəlb olunması baxımından müyəssərliyi qiymətləndirilib. Təlimlərin sonunda həkimlərin təklifləri əsasında fəaliyyət planı hazırlanaraq müvafiq xəstəxananın rəhbərliyinə təqdim edilib.
Sonda təlimlərdə müvəffəqiyyətlə iştirak edən səhiyyə mütəxəssislərinə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində təlim paketi və ataların prenatal qayğıya cəlb olunmasını təşviq edən maarifləndirici buklet hazırlanıb.
Proqram haqqında:
Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat