Atası qatil oldu: 11 yaşlı uşaq anasının tabutunu daşıdı




Amasiyanın Suluova qəsəbəsində ayrı yaşadığı həyat yoldaşı tərəfindən bıçaqlanaraq öldürülən Aişə Z., cənazə namazından sonra dəfn edilib.

Talehsiz qadının tabutuna 11 yaşlı oğulu da çiyin verib. Məlumata görə, axşam saatlarında baş verən cinayətdə ər Fərhad Z. bir müddətdir ayrı yaşadığı arvadı Aişə Z.ın qaldığı evə gedib. İkili arasında başlayan mübahisədən sonra Fərhad Z., ağzını yastıqla bağladığı iki uşağının anası Aişə Z.ı sinə boşluğundan bıçaqlayıb. Qanlar içində qalan talehsiz qadın hadisə yerində həyatını itirib.

Talehsiz qadının cənazəsinə iki oğulundan biri- 11 yaşlı Saleh dı çiyin verib. Böyüklərin arasında gözyaşları içində anasının tabutunu daşıyan Salehin cənazə maşınına qoyulan tabuta son baxışı ürəkləri dağlayıb. Fərhad Z. təhlükəsizlik idarəsində sorğusunun ardından ədliyyəyə sövq edilib.