Avropa Liqasında yarımfinalçılar müəyyənləşib
21:27 18.04.2019
Arxiv
511
“Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” cütləri qarşılaşacaq
Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində 4 matç baş tutub.
Mübarizəni davam etdirən hər iki İngiltərə klubu qələbə ilə yarımfinala yüksəlib. "Çelsi” Çexiyada məğlub etdiyi "Slaviya”nı cavab görüşündə də qələbə qazanıb. Yeddi topun vurulduğu qarşılaşmada ilk 27 dəqiqədə 5 qol qeydə alınınb. "Arsenal” isə Londonda olduğu kimi İtaliyada da "Napoli” üzərində qələbəyə sevinib.
Yarımfinala digər iki vəsiqə "Valensiya” və "Ayntraxt”a nəsib olub. Sonuncular Portuqaliyada məğlub olduqları "Benfika”dan revanş ala biliblər. Almaniya klubu vurduğu iki cavabsız qolla yarımfinala yüksəlib. "Yarasalar” isə İspaniya duelində "Vilyarreal”a ikinci dəfə qalib gəlib.
Bu oyunlardan sonra yarımfinal cütləri müəyyənləşib. Mayın 2-də və 9-da keçiriləcək mərhələdə "Arsenal” – "Valensiya” və "Ayntraxt” – "Çelsi” cütləri qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. "Napoli” (İtaliya) – "Arsenal” (İngiltərə) – 0:1
Qol: Lakazet, 36
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Neapol. "San Paolo” stadionu
İlk oyun – 0:2
23:00. "Valensiya” (İspaniya) – "Vilyarreal” (İspaniya) – 2:0
Qollar: Lato, 13, Parexo, 54
Baş hakim: Vilyam Kallum (Şotıandiya)
Valensiya. "Mestalya” stadionu
İlk oyun – 3:1
23:00. "Ayntraxt” (Almaniya) – "Benfika” (Portuqaliya) – 2:0
Qollar: Kostiç, 37, Rode, 67
Baş hakim: Daniele Orsato (İtaliya)
Frankfurt. "Kommersbank Arena”
İlk oyun – 2:4
23:00. "Çelsi” (İngiltərə) – "Slaviya” (Çexiya) – 4:3
Qollar: Pedro, 5, 27, Deli, 9 (avtoqol), Jiru, 17 – Souçek, 26, Şevçik, 51, 54
Baş hakim: Damir Skomina (Sloveniya)
London. "Stemford Bric” stadionu
İlk oyun – 1:0
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya