Avropa Parlamentindən Azərbaycanla bağlı QƏTNAMƏ
10:02 05.07.2018
Arxiv
409
Avropa ParlamentiAzərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib.
APA-nın Avropa Parlamentinin saytına istinadən verdiyi xəbərə görə, sənəddə qeyd edilir ki, Aİ və Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün konkret faydalar vəd edir. Bildirilir ki, 2019-cu ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı” sammitinə qədər yeni sazişin imzalanması üçün danışıqlarda sürətli və davamlı irəliləyiş müşahidə olunur.
Sənəddə Azərbaycan və Aİ arasında daha ədalətli, daha şəffaf və rəqabət amilinə söykənən ticarət və investisiya mühitinin yaradılmasının əhəmiyyəti vurğulanır, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək ifadə edilir.
Qeyd olunur ki, Azərbaycan və Aİ arasında strateji enerji əməkdaşlığına əsaslanaraq enerji əməkdaşlığının inkişafı, Azərbaycanın enerji sektorunun diversifikasiyası, qeyri-karbon enerji mənbələrinin təşviqi və Cənub Qaz Dəhlizinin tamamlanmasına dəstək göstərilməlidir. Aİ və Azərbaycan arasında təhsil, səhiyyə, nəqliyyat, rabitə, turizm kimi qeyri-enerji sahələrində də əlaqələri genişləndirmək üçün yeni yollar tapmağın əhəmiyyəti vurğulanır.
Sənəddə Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün yeni iş yerlərinin yaradılmasına, sənaye və xidmət sektorlarını müasirləşdirməyə, biznes və araşdırma sahələrində davamlı inkişafı təmin etməyə dair çağırış əksini tapıb.
Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində münaqişə zonalarında yaşayan çoxsaylı qaçqın, məcburi köçkün və mülki şəxslərin dəstəklənməsi istiqamətində hakimiyyət orqanlarının səylərinə dəstək verilməsinə çağırış da edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat