Avtomobillərə “qara qutu” taxılacaq - YENİLİK
13:21 23.06.2021
Arxiv
403
Avropa Birliyinin qəbul etdiyi qərara əsasən 2022-ci ilin may ayından etibarən avtomobillərdə "qara qutu” yerləşdiriləcək.
Sfera.az xarici saytlara istinadən xəbər verir ki, "qara qurtu” avtomobillərdə 41 məlumatı toplayacaq. "Qara qutu”lar bu məlumatları qəzadan 5 saniyə öncəyə qədər toplaya biləcək.
Avropalı ekspertlər hesab edir ki, "qara qutu”ların toplayacağı məlumatlar ölümə və ya ağır yaralanmaya səbəb olan qəzaların sayını azaldacaq. Belə ki, əldə ediləcək məlumatlarla qəzanın baş vermə səbəbi daha dəqiq müəyyənləşdiriləcək və buna uyğun olaraq qabaqlayıcı tədbirlər görüləcək.
Avropada bir ədəd "qara qutu”nun qiyməti 70 avro olacaq.
Məlumatlara əsasən, hazırda Avropada istehsal edilən bəzi avtomobillərə "qara qutu” yerləşdirilir. Həmin avtomobillərdə cihaz avtomobilin ön hissəsində, sürücü və sərnişin oturacağının arasında yerləşdirilir.
Qəbul edilən qərara əsasən avtomobillərdə "qara qutu”ların quraşdırılması 2024-cü ilə qədər tamamlanacaq. İcbari xarakter daşıyan qərara görə 2024-cü ildə "qara qutu”su olmayan avtomobil sığortalanmayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət