Avtomobillərin qiyməti elə bahalaşacaq ki...
10:37 01.12.2018
Arxiv
833
Daha hamı kiçikhəcmli mühərriki olan avtomobillərə üstünlük verəcək
Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılır. Bu barədə məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə edilən Vergilər Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Dəyişikliyə əsasən, minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 5 manat (hazırda 3 manat), mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat, (hazırda 8 manat) mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 35 manat (hazırda 20 manat), mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə – 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.
Dəyişikliklə bağlı "Şərq"ə danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, xaricdən ölkəmizə gətirilən avtomobillərin aksiz dərəcələrinin artırılması birbaşa qiymətə təsirini göstərəcək:
"Xüsusilə bu artım mühərriki irihəcmli olan avtomobillərdə daha çox hiss olunacaq. Bu da yerli avtomobil bazarında irihəcmli avtomobillərin alış-satışında çətinliklər yarada bilər. Belə ki, mühərriki irihəcmli avtomobil alıcılarının sayı azalacaq, avtomatik olaraq kiçikhəcmli mühərriki olan avtomobillərə tələbat çoxalacaq".
İqtisadçı Natiq Cəfərlinin də fikrincə, Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələrinin artırılması yerli avtomobil bazarına təsirsiz ötüşməyəcək:
"Çünki artan aksiz dərəcələri qiymətin üzərinə gələcək və avtomobil sahibinin gömrük sənədləşməsi zamanı daha çox vergi ödəməsinə gətirib çıxaracaq. Yəni avtomobil gətirib satmaqla məşğul olan və yaxud özlərinə avtomobil gətirən şəxslər gömrük sənədləşməsi aparılan zaman daha çox vergi ödəməyə məcbur olacaq. Bu da qiymətlərin artımına təsir göstərəcək. Aşağı həcmli mühərrikləri olan avtomobillərdə bu o qədər də nəzərəçarpacaq olmayacaq, yəni mühərrik həcmi 2 litrə qədər olan avtomobillərdə bir neçə yüz manat fərq edəcək, amma mühərrik həcmi daha yüksək olanlar, əsasən də 3 litrdən 5 litr yarıma qədər olanlarda qiymət artımı yüksək olacaq. Hətta yuxarı həcmli mühərriki olan avtomobillərdə təqribən 10 min manata yaxın fərq özünü göstərəcək.
Təbii ki, bu da kifayət qədər böyük rəqəmdir. Əslində köhnə avtomobillərin ölkəyə gətirilməsinin qarşısının alınması üçün buna bənzər addımların atılmasına normal baxıram. Amma bir şərtlə ki, digər avtomobil növləri ilə də bağlı təşviqedici addımlar da gərək qəbul olunardı.
Yəni hibrit motoru olan, müasir avtomobillər üçün gömrük rüsumu və aksiz vergisi ümumiyyətlə ləğv edilə bilər, eyni zamanda elektriklə çalışan avtomobillər üçün də bu məsələ keçərli sayıla bilər. Paralel olaraq, buraxılış müddəti 1 ildən az olan avtomobillərə güzəştlər tətbiq olunmalı idi ki, ölkənin avtomobil parkı dəyişsin, yenilənsin, müasir standartlara cavab versin. Hətta elektriklə və hibridlə işləyən avtomobillərin daha da artmasına səbəb ola bilər. Fikrimcə, aksiz vergilərinin artırılması ilə yanaşı, digər sahələrdə də müəyyən təşviqi addımlar atılsaydı, daha doğru olardı".
İlahə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm