"AXC-nin 100 illiyi ilə bağlı sənədli filmlər, tamaşalar hazırlansın " - Təklif

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin yüksək səviyyədə qeyd olunması üçün sənədli filmlərin hazırlanması, tamaşaların qoyulması, elmi-ədəbi tədbirlərin gücləndirilməsi vacibdir”.
Bunu "Sherg.az”a filologiya üzrə fəlsəfə doktoru, tanınmış naşir Rafiq İsmayılov söyləyib. Onun sözlərinə görə, belə əlamətdar hadisələr zamanı tədbirləri şüarçılığa çevirmək olmaz:
"Görülən işlər Cümhuriyyətin mahiyyətini anlatmalı, tarixini açmalıdır. Çəkilən filmlərdə, yazılan kitablarda bədiiyyət daha güclü olarsa, maraq da artar. 
Xüsusilə gənc nəsil üçün bunun cəlbedici olmasını təmin etməliyik.
Cümhuriyyət dövrünün bəzi məqamları hələ də açılmayıb. Bu illərdə Azərbaycan üçün çalışan, unudulmuş şəxsiyyətlər var. Bir müddət əvvəl "Yalama” adlı kitab işıq üzü görüb. Bildiyimə görə, Arif Əliyevin müəllifi olduğu həmin kitabın filmi də çəkiləcək. Yaxşı təşəbbüsdür, gənclər üçün çox maraqlı olar. Düşünürəm ki, belə tarixi faktlar, vacib hadisələr dərsliklərdə də öz əksini tapmalıdır”.
Aysel Aslan