AXC-nin 100 illiyi münasibətilə MUSABİQƏ elan olundu
11:17 17.03.2018
Arxiv
904
Bakıda ümumi təhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin tabeliyindəki məktəblərin IX, X və XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycanın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarətdir.
Azərbaycan və rus dillərində keçirilən inşa yazı müsabiqəsi iki mərhələdən ibarətdir.
Müsabiqənin I mərhələsi 15 mart-16 aprel tarixlərində təşkil olunur. Məktəbdaxili yarışmada hər məktəb üzrə Azərbaycan və rus bölmələrindən yalnız birinci yeri tutmuş şagirdlər II mərhələdə iştirak edəcək. İnşa yazı müsabiqəsinin II mərhələsi isə 20-25 aprel tarixlərində baş tutacaq.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq, mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın şəkildə ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət etməklə tərtib olunması əsas meyarlardır. Qeyd edək ki, inşa yazıların həcmi 250-300 sözdən ibarət olmalıdır.
"Müstəqilliyimiz əbədidir” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri 5 ballıq sistem ilə qiymətləndiriləcək.
Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm