Azər Xanlaroğlu xəstəliyindən danışmağa utanır
01:29 06.12.2017
Arxiv
1337
“Balalarıma görə sağalmaq istəyirəm ki, onlar körpə ikən ortalıqda qalmasınlar”
Uzun müddətdir aşıq Azər Xanlaroğlu ağır xəstəliklə mübarizə aparır. Davamlı müalicələrə baxmayaraq Azər Xanlaroğlunun səhhətinidə heç bir irəliləyiş yoxdu. Bu yaxınlarda aşıq İrana müalicəyə getsə də, İran həkimləri də onun səhhətini yaxşılaşdıra bilməyiblər. İrandan müayinə və müalicədən qayıdan tanınmış aşığın səhhəti yenə də ağır olaraq qalır. Bu barədə Azər Xanlaroğlu "Şərq”ə özü açıqlama verib.
Azər Xanlaroğlu bizimlə söhbətində səhhətinin hazırda pis olduğunu bildirdi: "Artıq xəstəliyim barədə danışmağa utanıram. İnsan sənətindən açıqlama verər, yaradıcılığından danışar. Mən son bir ildə ancaq xəstəliyimdən danışıram. Nə deyim ki? Canımı artıq özümə görə istəmirəm. Balalarıma görə sağalmaq istəyirəm ki, onlar körpə ikən ortalıqda qalmasınlar. Hazırda çox pis vəziyyətdəyəm. Ayağımda çirk var, yeriyə bilmirəm. Gərək yanımda adam ola, qolumdan tuta, addım atım. İran həkimləri dedilər ki, bizim müalicəmiz səni tam sağaltmayacaq. Tam sağalmağın üçün İsrailə getməlisən. Ora getmək üçün isə mənə külli miqdarda pul lazımdır. Buna nə mənim, nə də ətrafımdakı insanların gücü çatır. Sənət dostlarım da azdan-çoxdan kömək ediblər.
Hər dəfə onlara necə ağız açım axı? Kişiyəm, bu mənim qürurumu alçaldır. Nə qədər dilənmək olar? Axı sənət adamına bu yaraşmaz”. Azər Xanlaroğlu dərman qəbuluna davam etdiyini bildirib: "Vallah, bezmişəm iynə-dərmandan. Dərmanların təsirindən son 45 gündə 20 kilo kökəlmişəm. İsraildə müalicə olunsaydım, bu xəstəlikdən birdəfəlik qurtulardım. Yoxsa ayağımın kəsiləcəyini dedilər. İnsan kimi yaşamaq istəyirəm. Dilənmək də istəmirəm. Kim kömək eləsə, Allah razı olsun. Yoxsa elə bu vəziyyətlə barışıb, ayaqlarımla vidalaşacağam...”
Qeyd edək ki, Azər Xanlaroğlu "Hepatit C” virusundan və damar genişlənməsindən əziyyət çəkir.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə
“Azərsun Holdinq” “Yaşıl dağ” ekoloji-sosial aksiyasını dəstəkləyib
17:03 21.09.2026
Ölkə
Özbəkistan Prezidenti Putinə zəng etdi
16:52 21.09.2026
Dünya