"Azərbaycan ABŞ-ın Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərinə böyük ümid bəsləyir"
16:21 04.07.2018
Arxiv
451
Bakıda ABŞ-ın müstəqilliyinin 242-ci ildönümü ilə bağlı rəsmi qəbul təşkil edilib.
"Report"un məlumatına görə, tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Qil deyib ki, iyulun 4-ü ailə üzvlərinin bir araya gəlib demokratiyanı qeyd etmək və ABŞ-ın azadlığı uğrunda həlak olanları yad etmək üçün bir bayramdır: "ABŞ prezidenti Vudro Vilson 100 il bundan əvvəl bildirib ki, həm Azərbaycan, həm də ABŞ xalqı tarixi və əsas dəyərləri ehtiramla yad etməklə bizə cəmiyyət olaraq davam etmək istədiyimiz yolu müəyyənləşdirməyə imkan verir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu ölkə ilə çiyin-çiyinə çalışıb. ABŞ müstəqil, sabit və çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir".
Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi maraqlar çərçivəsində inkişaf edir: "ABŞ Azərbaycanın regionda həyata keçirdiyi transmilli enerji layihələrinə həmişə dəstək verib". O həmçinin iki ölkə arasında həyata keçirilən səfərlərin və dövlət başçılarının bir-birinə ünvanladığı təbriklərin əhəmiyyətindən danışıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, Azərbaycan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu münaqişənin ədalətli şəkildə həlli üçün səylərinə böyük ümid bəsləyir.
Daha sonra tədbirdə ABŞ ilə bağlı konsert keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat