Azərbaycan BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir
08:13 01.12.2018
Arxiv
516
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olqa Alqayerovanın Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr təşkil edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən O.Alqayerova Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, xüsusilə 1993-cü ildən üzv olduğu UNECE ilə bir neçə fəaliyyət istiqamətləri üzrə tərəfdaşlığını yüksək qiymətləndirib. Qeyd edilib ki, 2015-ci ildə Azərbaycanın "Dünyamızın transformasiyası: 2030-cu il Gündəliyi”ndən irəli gələn Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması BMT-nin ixtisaslaşmış qurumları ilə yeni əməkdaşlıq imkanları yaradıb.
O.Alqayerova bu ilin oktyabr ayında Bakıda keçirilmiş "Dayanıqlı İnkişafa dair Bakı Forumu”nun beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Bakı Bəyannaməsinin UNECE ilə qarşılıqlı səmərəli əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini qeyd edib.
Tədbirdə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın qəbul olunduğu, alternativ və dayanıqlı enerji sahəsində tədbirlərin reallaşdırıldığı, əhalinin sağlam yaşayışının təmin olunması üzrə ardıcıl işlərin görüldüyü, Azərbaycan hökuməti və UNECE-nin təşkilatçılığı ilə Bakıda "Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunun keçirildiyi qeyd edilib, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin müavini Nurəli Yusifbəyli, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Firudin Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Rüstəm Şahbazov, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov aidiyyəti sahələrdə BMT-nin ixtisaslaşmış qurumları ilə fəal əməkdaşlığın uğurla davam etdirildiyini, son illərdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, habelə bu sahədə maarifləndirmə tədbirlərinin genişləndirildiyini və Azərbaycan üçün prioritet istiqamətlərin həyata keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə UNECE ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
09:17 04.09.2026
Gündəm