Azərbaycan döyüş əməliyyatlarına başlaya bilər
14:05 02.07.2018
Arxiv
446
Ermənistan tərəfi Azərbaycan ordusunun keçirdiyi təlimlərə görə panikaya düşüb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan bəyanatında bildirib.
O, həmçinin hər an başlaya biləcək müharibə təhlükəsindən danışaraq, bunun olmaması üçün siyasi çıxış yollarının tapılmasının vacibliyini vurğulayıb.
"Azərbaycanın keçirdiyi təlimlərə görə panikaya düşməyə ehtiyac yoxdur. Öz siyasi həllini tapmayanadək, hərbi əməliyyatların başlaması təhlükəsi hər zaman var. Bu təhlükənin reallaşmaması üçün siyasi həll yolunu tapmaq lazımdır” – deyə Davtyan ölkəsinin qorxduğunu belə ört-basdır etməyə çalışıb.
Davtyan Azərbaycanın keçirdiyi təlimlərə cavab olaraq Ermənistan tərəfinin öz müdafiə qabiliyyətini artırdığını diqqətə çatdırıb.
O, Azərbaycan tərəfinin döyüş əməliyyatlarını hər an başlaya biləcəyinə diqqət çəkib. Lakin burada da panikaya düşməməyin vacibliyini vurğulayıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə