"Azərbaycan futbolu rüşvətə bulaşmış ölkə kimi tanınacaq" - Barışmaq çətindir
11:23 04.12.2017
Arxiv
1078
"AFFA İntizam Komitəsinin üzvlərinin əlində ciddi fakt, dəlil olmadan belə sərt qərar verə biləcəyinə inanmıram”.
Bunu "Sherg.az”a "Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsinə münasibət bildirərkən AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib.
O vurğulayıb ki, mediada bu iki futbolçunun təxminən 400 min dolların güdazına getdiyinə dair xəbərlərin dolaşması təsadüfi deyil:
"Bütün hallarda ölkənin aparıcı futbolçularından ikisinin məhz bu yola əl atması acı təəssüf doğurur. Şəxsi planda, əlbəttə, bu, Mirhüseyn Seyidovla Nizami Hacıyevin faciəsidir. Onlar ömür boyunca bu ləkənin ağır yükü altında əziləcəklər. Amma məsələyə qlobal yanaşsaq, söhbət həm də Azərbaycan futbolunun nüfuzuna çox ciddi zərbə vurulmasından gedir. Xüsusən də "Qarabağ"ın son uğurları sayəsində qitə futbol ailəsində tanınmağa başlamışdıq. Amma indi Azərbaycan qitədə futbolu rüşvətə, alverə bulaşmış ölkə kimi tanınacaq. Bax, bu məqamla barışmaq çətindir.
Qeyd edək ki, futbolçular barəsində qərar Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə verilib. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə