"Azərbaycan əvvəllər xarici ölkələrin investisiyasını cəlb etməkdə maraqlı idisə, artıq investisiya yatıran ölkəyə çevrilib”
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, "Star” neft emalı zavoduna sərmayə qoyan Azərbaycan Türkiyədəki investorlar arasında birinci yerdə qərarlaşıb:

"Bildiyiniz kimi neft emalı zavodu çox strateji məqsədlər üçün Türkiyədə qurulub. Enerji siyasətinin Azərbaycan və Türkiyə tərəfindən birgə həyata keçirilməsi regionda geosiyasi vəziyyətin dəyişdiyini göstərir. Son zamanlar bölgədə baş verən hadisələr, Türkiyə və Azərbaycanın regional statusunun daha da artması, Azərbaycanın Türkiyə-Rusiya, İran-Rusiya arasında körpü rolunu oynaması rəsmi Bakının mövqeyini gücləndirib”.
Z.Məmmədov bildirib ki, "Star” neft emalı zavodu Azərbaycanla Türkiyə arasında reallaşdırılan ilk layihə deyil və son da olmayacaq:
"Bundan əvvəl Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi və nəticədə Qərblə Şərqi birləşdirən nəqliyyat dəhlizinin açılması, eyni zamanda Şimalla Cənubu qovuşduran nəqliyyat xətti üzərində iş aparılması olduqca mühüm layihələrdir. Şübhəsiz ki, bizi qarşıda yeni ortaq layihələr gözləyir”.
İsmayıl