"Azərbaycan və Belarus arasındakı hərbi əməkdaşlıq güclənəcək" - RAZILAŞMA




"Belarus və Azərbaycan arasında hərbi sahədə həm kadr hazırlığında, həm də silah-sursat satışı razılaşması baxımından sıx əlaqələri var”.

Bunu "Sherg.az”a müdafiə naziri general-polkovnik Zakir Həsənovun Belarus Respublikasına rəsmi səfərinin nəticələrini şərh edərkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib:

"Belarus hərbi cəhətdən inkişaf etmiş dövlətdir. Postsovet məkanında demək olar ki, ən yüksək yerləri tutan respublika olub. Bu dövlət bizim strateji partnyorumuzdur və müdafiə naziri də müəyyən razılaşma çərçivəsində planlı şəkildə Belarusa səfər edib. Sözsüz ki, səfər müdafiə naziri tərəfindən həyata keçirilirsə, demək hərbiyönlü məsələlər müzakirə olunacaq. Müdafiə naziri səfər çərçivəsində xüsusi əhəmiyyətli hərbi obyektləri ziyarət edib və nəticədə müəyyən sənədlər, sazişlər imzalanıb. Bu, Azərbaycan və Belarusun hərbi əməkdaşlığını daha da gücləndirəcək. Müdafiə nazirinin bu səfərləri hərbi sahənin təkmilləşdirilməsinə təkan verəcək”.

Qeyd edək ki, ötən gün baş tutan səfərdə Z.Həsənov Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirib, hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edib.

Aysel Aslan